
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün iyulun 31-də keçirilmiş test imtahanın nəticələri ilə bağlı Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası təşkil ediləcək.
DİM-dən AzEdu.az-a bildirilib ki, Apellyasiya Komissiyası avqustun 2-4-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında fəaliyyət göstərəcək.
Xatırladaq ki, iyulun 31-də DİM və Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 357 nəfərdən 23-ü imtahana gəlməyib. Test imtahanının nəticələrinə əsasən, 125 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.