Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-01 18:00:00
Müəllim olmaq istəyən şəhid ailəsi üzvlərinə MÜRACİƏT - Sabah 11:00-dək...

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi davam edir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, namizədlər avqustun 2-si saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.