Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 12:50:00
Məktəbdən kompüterlər oğurlandı

Bakıda orta məktəbdən kompüter avadanlıqları oğurlanıb. 

AzEdu.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.