Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 13:51:00
AzTU-nun tələbəsi, şəhid Anar Məmmədzadənin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Anar Məmmədzadə 3 avqust 1999-cu ildə Zərdab rayonunda anadan olub. Anar Məmmədzadə 2016-cı ildə AzTU-nun Maşınqayırma və robototexnika fakültəsinə daxil olub. 

 

AzEdu.az xəbər verir ki, O, Vətən müharibəsi başlayana qədər Azərbaycan Silahlı Qüvvələrinin Bakıdakı "N" saylı hərbi hissəsində xidmət edib.

 

2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıqlar göstərib. Anar Məmmədzadə oktyabrın 8-də Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!