Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 15:26:00
Növbəti TOEFL iBT imtahanı keçirilib

Avqustun 3-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 7 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

Növbəti TOEFL iBT imtahanının avqustun 6-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytından əldə etmək mümkündür.