Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-04 11:04:00
Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi BAŞLADI

Bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

 

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.