Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 13:55:00
Azərbaycanın iki məktəbli şahmatçısı Avropa çempionu oldu

Riqada yeniyetmə və gənc şahmatçılar arasında qitə birinciliyi başa çatıb. 

AzEdu.az xəbər verir ki, turnirdə Azərbaycanın idman şərəfini 8-18 yaş qruplarında oğlan və qızlar təmsil ediblər.

Çempionatda Avropanın 47 ölkəsindən 1074 şahmatçı mübarizə aparıb.  

Bu mötəbər yarışda səkkiz yaşlı Azərbaycan şahmatçısı Cahandar Azadəliyev doqquz oyundan səkkiz xal toplayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 14 yaşlı qızların yarışında Ayan Allahverdiyevada eyni nəticəni göstərərək (doqquz oyundan səkkiz xal) Avropa çempionu adına layiq görülüb.

Beləliklə, aktivində iki qızıl medal olan Azərbaycan yığması komanda hesabında Rusiyadan (yeddi qızıl, altı gümüş, üç bürünc) sonra II yeri tutub. Belarus millisi isə bir qızıl, bir gümüş və üç bürünc medalla III yerdə qərarlaşıb.

Qeyd edək ki, çempionatda ümumilikdə 15 ölkənin idmançıları medal qazanıblar.