Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 15:50:00
Aşağı siniflərdə xarici dil öyrətmənin asan yolları – Valideynlər nədə səhv edirlər?

İnsan psixologiyası hər hansı bir nəsnəni obrazlı şəkildə öyrəndikdə,  onu    yaddaşına  daha çox əks etdirir. Xarici dil bilgilər də şagirdlərə obrazlı şəkildə öyrədilsə, o zaman onlar  daha asan öyrənmək istədikləri dili mənimsəyə bilərlər”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib. Onun sözlərinə görə  xarici dilin  öyrədilməsinin müxtəlif metodları var. 

“Hər bir tədrisin özünəməxsus öyrətmə metodu  olduğu kimi xarici dilində öyrədilməsinin müxtəlif metodları var. Xarici dili  asan öyrənmək istəyən hər bir insan  özünə rahat və ən yaxşı ola biləcək metodu seçməlidir. Çünki  insan özü bilir ki, hansı  metod ona uyğundur. Pedaqoq  şagirdin psixoloji xarakterini bilməli və ona uyğun öyrətməlidir.  Öyrətməyin ən asan yol isə obrazlı öyrətmədir. Şagirdlər  filmlərə baxmaq  və   musiqi dinləməklə xarici dili asan mənimsəyə bilərlər”.  

BDU-nun İngilis  dili müəllimi  Samirə Səfərova açıqlamasında bildirib ki,  xarici dil şagirdlərə əsasən   dörd  bacarıq üzrə  mənimsədilir. 

“Xarici   dilin şagirdlərə asan  mənimsədilməsinin ən yaxşı  bacarıqlarından biri isə oxudur. Xarici dilin öyrədilməsi şagirdlərin  səviyyəsinə görə ayarlanır. Bir kitabı oxuyub əzbərləməklə  xarici dilin mənimsədilməsi kifayət etmir. Şagirdlər köməkçi kitab vəsaitləri ,  müxtəlif cür lüğət kitablarından istifadə etməklə, xarici dildə olan xəbərləri izləməklə  söz bazalarını artıra bilərlər.

Xarici dili ibtidai sinif şagidlərinə müəllimlər   daha asan öyrətmək üçün şəkilli kitablar və  kartlardan istifadə edə bilərlər.   Onlar jestləri öyrədən mahnılara 1ay  ərzində qulaq asmaqla   orada söylənilən jestləri, sözləri əzbərləməklə  xarici dili asan mənimsəyə bilərlər. Uşaqları əsasən oyun üzərində qurulan sözlər əsasında onları asan mənimsətmək olar”. 

Günel Yaşarqızı