Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-08 10:12:00
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start verilir

Avqustun 8-dən məktəbəhazırlıq qrupları üçün Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə start verilir.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər dillərdə tədris aparılan bölmələr üzrə məktəb seçiminə isə avqustun 11-dən başlanılır.

 

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start verilib. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.