
2018-08-31 11:30:00
126 saylı məktəb ləğv olundu, valideynlər etiraz etdi
126 nömrəli məktəbin şagirdləri valideynlərinə heç bir məlumat verilmədən müxtəlif məktəblərə köçürülüblər.
AzEdu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə valideynlərdən biri məlumat verib. O, nazirin müvafiq əmri ilə məktəbin idman təmüyyülü ediləcəyinin əsas göstərildiyini bildirib:
"İdmançılar üçün idman təmayüllü məktəb adı ilə biz valideynlərə heç bir məlumat verilmədən uşaqlarımızı ayrı-ayrı məktəblərə yönləndiriblər. Tədris ilinin başladığı bu ərəfədə şagirdlərin məktəblərindən didərgin salınması doğrudurmu? Biz valideynlər olaraq avqustun 29-da məktəbin önündə aksiya keçirərərk, etirazımızı bildirdik".
AzEdu.az-a verilən xəbərə görə, Bakı Şəhər Təhsil İdarəsi yaxın saatlarda məsələ ilə bağlı məlumat yayacaq.
Qeyd edək ki, məktəbin müəllimləri də harada dərs deyəcəkləri barədə məlumatlandırılmayıblar. Onlar iş yerlərini itirməkdən qorxurlar.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16