Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-19 09:55:00
MİQ üzrə müsabiqə 7 fənn üzrə təşkil ediləcək

Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, avqustun 20-də texnologiya, rus dili, musiqi (Azərbaycan və rus bölməsi), tarix, riyaziyyat, təsviri incəsənət və informatika fənləri üzrə müsahibələr təşkil olunacaq.

 

Qeyd edək ki, avqustun 25-dək davam edəcək müsahibələr zamanı müvafiq komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü proqrama uyğun olaraq yoxlanılacaq.