Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-19 12:42:00
Kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul aparılır

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Ankara Universiteti arasında imzalanan müqaviləyə əsasən, 2022/2023-cü tədris ilində kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul aparılır.

 

AzEdu.az xəbər verir ki, proqrama qəbul olunan abituriyentlər iki il AzTU-da, iki il isə Ankara Universitetində təhsil alacaq.

 

Bakalavriat səviyyəsində tədrisi başa vurduqda tələbə hər iki ali məktəbin diplomuna sahib olmaq imkanı əldə edəcək.