
2018-08-31 17:50:00
“Müəllimlərin dərs yükündə heç bir dəyişiklik olmadi” - Təhsil eksperti
“Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik etməsi əmək fəalliyyətini tənzimləyən normativ bir sərəncamdır”.
AzEdu.az xəbər verir ki, bunu “sherg.az”a Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarına dəyişiklik etməsinə münasibət bildirərkən təhsil eksperti Məlahət Mürşüdlü bildirib.
Onun sözlərinə görə, təhsil işçilərinin dərs yükü ilə bağlı elə bir əsaslı dəyişiklik ediləyib: “Qeyd edilən iş saatları onsuz da mövcuddur. Pedeqoji işçinin dərs saatından və yerinə yetrəcəyi vəzifənin tutumundan aslı olaraq bu iş saatları müəyyənləşdirilir. Düşünürəm ki, bu əmək fəalliyyətini tənzimləyən normativ bir sərəncamdır. Hər il müəllimlərin dərs yükü ilə bağlı bu cür dəyişiklik edilir. Burada elə də ciddi bir fərqlər müşahidə olunmur. Sadəcə bu dəyişiklik işçinin fəaliyyətini tənzimləyən bir sərəncamdır”.
Qeyd edək ki, Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normaları aşağıdakı kimi müəyyən edilib:
məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı – 30 saat;
bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü – 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır);
ümumtəhsil məktəblərində, internatlarda, lisey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı – 24 saat; ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü – 500 saatdan az olmamaqla (bu zaman ali təhsil müəssisələrində mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60 faizindən, orta ixtisas təhsili müəssisələrində nəzəri, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi isə illik dərs yükünün 80 faizindən az olmamalıdır).
Bu bölməyə aid digər xəbərlər
Yaxın aylarda müəllimlərin sertfikasiyasının keçirilməsi planlaşdırılır-RƏSMİ
2021-09-07 15:12:00
MİQ müsabiqəsi başa çatdıqdan sonra tutulmayan vakant yerlərə işə qəbul həyata keçiriləcək?-DƏQİQ İZAH
2021-07-27 13:13:00
MİQ müsabiqəsinə bu qədər müraciət daxil olub
2021-07-02 15:22:00
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri açıqlandı
2021-02-25 09:12:00
Müsahibə mərhələsində iştirak edəcək müəllimlər üçün QIZIL tövsiyələr- VACİB
2021-02-09 11:12:00
MİQ müsahibı mərhələsi – VİDEO
2020-12-28 10:00:00
Peşə təhsil üzrə müəllimlərin işə qəbulunun müsahibə mərhələsinin nəticələri açıqlandı
2020-11-16 15:05:00
Müəllimlərin işə qəbulu üzrə keçid balı məlum oldu – Rəsmi
2019-08-05 17:29:00
Yekun nəticələr bu gün namizədlərin şəxsi səhifəsinə göndəriləcək
2019-07-26 12:11:00
Müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyat üçün son gün
2019-07-03 16:35:00