Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 16:31:03
Bu qədər şəxs dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib  

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4222 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:10-dək olan məlumata görə, 270 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.