Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-23 09:36:00
Peşə təhsil müəssisələrinə qəbulun nəticələri AÇIQLANIB

20 avqust tarixində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri
açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS göndərilib.
Peşə təhsil müəssisələrinə qəbul olan şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi
barədə məlumatları portal.edu.az platformasındakı “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

 

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən
keçən şəxslər 22 avqust - 27 avqust (saat 17:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri
qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

 

• attestatın əsli;
• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

 

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil
müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim
etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 

2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas
olmaqla 23340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22016
nəfərdən 59993 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji
göstəriciləri ilə müqayisədə 48 % çox olduğunu göstərir.

 

Qeyd edək ki, peşə təhsil müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II
mərhələsinin 30 avqust – 5 sentyabr tarixlərində baş tutması planlaşdırılır.