Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-29 09:26:00
Növbəti “GRE: General Test” imtahanı keçiriləcək  

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service - ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı avqustun 30-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

 

“GRE General Test” imtahanı haqqında ətraflı məlumat DİM-in internet səhifəsində yerləşdirilib.