Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-04 15:39:00
Şagirdlərin elektron yerdəyişməsi sabah  dayandırılacaq

Sentyabrın 5-də saat 18:00-da 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi üçün ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi dayandırılacaq.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, valideynlər 9 sentyabr 2022-ci il saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.