Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-03 10:38:00
AzTU-da son 10 ildə ilk dəfə tələbə qəbulunda yüksək nəticə

Son 10 ildə Azərbaycan Texniki Universitetində (AzTU) ilk dəfə qəbulun nəticələri kəskin şəkildə artıb.

 

AzEdu.az xəbər verir ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun plan yeri 97.62 % dolub. Bu rəqəm ötən il 78% təşkil edib.

 

Yüksək ballar üzrə qəbulda da ötən illərlə müqayisədə xeyli artım var.

 

Belə ki, 2022/2023-cü tədris ili üzrə AzTU-ya qəbul olunan 4 abituriyent 600-dən yuxarı nəticə göstərib. Onlar arasında ən yüksək nəticə göstərən abituriyent 643,7 balla kompüter mühəndisliyi ixtisası üzrə Ankara Universieti ilə ikili diplom proqramına qəbul olunub.

 

500-dən yuxarı nəticə göstərənlərin sayı da ötən illərlə müqayisədə dəfələrlə artıb.

 

Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə AzTU-nun magistratura səviyyəsinə qəbul da ötən illərlə müqayisədə 5 dəfə artıb.