Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-03 12:00:00
Universitetlərə qeydiyyatla bağlı çətinlik yarandıqda vətəndaşlar bu xidmətlərdən yararlana bilərlər

Ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi davam edir.


Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan vətəndaşlar qeydiyyatla bağlı çətinlik yaşadıqları halda aşağıdakı xidmətlərdən yararlana bilərlər:


-Elm və Təhsil Nazirliyinin vatsap xidməti: +994-51-206-78-48;
-Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi: 146-6;
- 5 və 7 saylı Bakı, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzləri,
- Elm və Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi.

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrində təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.