
5-9 sentyabr 2022-ci il tarixləri arasında “Təhsil, Elmi Tədqiqat və İnnovasiyada Federativ Rəqəmsal İnfrastrukturlar” mövzusunda Yay məktəbi təşkil olunacaq.
AzEdu.az xəbər verir ki, tədbir Qara Dəniz Universitetləri Şəbəkəsi (QDUŞ) tərəfindən EGI Fondu ilə birgə təşkil olunur və Buxarestin “Politexnik” Universiteti tərəfindən ev sahibliyi ediləcək. Bu Yay Məktəbi Qara Dəniz Universitetləri Şəbəkəsi və Avropa GRID İnfrastruktur Fondu (EGl) arasında Anlaşma Memorandumu çərçivəsində təşkil olunan tədbir silsilələrinin birincisidir.
Yay məktəbi QDUŞ üzvü olan universitetlərin magistr və doktorantları, həmçinin EGI və EOSC tərəfindən göstərilən xidmətlər və resurslarla maraqlanan universitet və tədqiqat institutları üçün nəzərdə tutulub.
Yay məktəbinin məqsədi Rəqəmsal İnfrastruktur Federasiyasına giriş kursları verməkdir. Məktəbdə UNEC-in magistr və doktorantları da iştirak edə bilərlər.
“Təhsil, Elmi Tədqiqat və İnnovasiyada Federativ Rəqəmsal İnfrastrukturlar” üzrə Yay Məktəbi ilə maraqlananlar aşağıdakı linkdə müvafiq ərizə formasını onlayn doldurmalıdırlar.