Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 14:15:00
Növbəti “GRE General Test” imtahanı keçirilib

“GRE General Test” imtahanı sentyabrın 6-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda üç nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti “GRE General Test” imtahanının sentyabrın 8-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.