Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-06 17:00:00
Dövlət orqanlarında 318 namizəd uğur qazanıb

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 4225 nəfər müraciət edib. Bu gün saat 10:20-dək olan məlumata görə, 318 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.