
1-2 və 5 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.
AzEdu.az xəbər verir ki, imtahanda ADNSU ilə birlikdə 6 ali təhsil müəssisəsindən (Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti) və ADNSU nəzdində NQGTP ETİ –dən qeydə alınmış 261 namizəddən 241 nəfər iştirak edib. Nəticələr 7 nəfərdən ibarət olan komissya tərəfindən qiymətləndirilib. 226 nəfər iddiaçı imtahandan uğurla keçib. 15 nəfər qeyri-məqbul qiymətlə qiymətləndirilib.
ADNSU-da “Fəlsəfə” fənni üzrə keçirilən doktoranturaya qəbul imtahanlarının nəticələri
Universitetlər | İngilis dili fənni üzrə imtahandan keçən iddiaçıların sayı | İmtahanda iştirak edənlərin sayı | İmtahanda iştirak etməyənlərin sayı | Məqbul qiymət alanların sayı | Qeyri-məqbul qiymət alanların sayı |
ADNSU | 113 | 105 | 8 | 98 | 7 |
SDU | 4 | 4 | - | 4 | - |
BMU | 8 | 7 | 1 | 6 | 1 |
AzTU | 50 | 47 | 3 | 47 | - |
ADİU | 63 | 58 | 5 | 54 | 4 |
AzMİU | 22 | 19 | 3 | 16 | 3 |
NQGTP ETİ | 1 | 1 | - | 1 | - |
Cəmi | 261 | 241 | 20 | 226 | 15 |