Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 16:37:00
DİM-dən  imtahan verən şəxslərə müraciət - Ətraflı məlumat 

Sentyabrın 7-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 18 nəfər iştirak edib. Onlar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının sentyabrın 17-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.