Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 13:53:00
Gürcüstanda 5 min uşaq təhsildən kənarda qalıb

Gürcüstanda 2022-2023-cü tədris ilində 5183 uşaq ilkin təhsil ala bilməyəcək. Onlardan 821-i səhhətləri ilə əlaqədar təhsildən geri qalıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, 2022-ci il avqustun 1-dək təhsildən yayınan 4362 uşaq nə daxili işlər, nə səhiyyə, nə də təhsil nazirliklərində qeydiyyatdan keçib.

 

Onlar haqqında heç bir nazirlikdə ümumi məlumat yoxdur.