
2022-09-13 14:38:00
MİQ üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri ELAN OLUNDU
Apellyasiya müsahibələrinin nəticələrinə dair 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri elan olundu.
AzEdu.az xəbər verir ki, müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə müvafiq məlumat göndərilib. Müsahibə mərhələsində 171 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.
Namizədlər 14 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiq olunduğundan əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri 7-8 sentyabr tarixlərində həyata keçirilib. Müsahibələr onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunub.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41