Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-13 17:51:00
Binəqədidə təhsil konfransı keçirilib

Binəqədi rayonunda  2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib.

 

AzEdu.az xəbər verir ki,12 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində 2021-2022-ci tədris ilinin yekunlarına və yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan  gənclərlə görüşə həsr olunmuş təhsil konfransı keçirilib.

 

Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdirləri və əməkdaşları, təhsil müəssisələrinin direktorları, tədris ili ərzində yüksək nailiyyətlər göstərərək tələbə adını qazanan gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

 

Tədbir müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edilib.

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova  Binəqədi rayonunda 2021-2022-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

 

Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev çətin bilik yarışmasından qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin, təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində  görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidi.

 

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri təbrik edərək bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bugün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.

 

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış Vətən Müharibəsi Qəhramanı, polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və H.Hüseynov adına 83 saylı məktəb-liseyin məzunu  Elnur İlqar oğlu Qədirli gənclər adından çıxış edərək deyib: “Onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildirdilər. Həmçinin qeyd etdilər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə  rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır. Çox xoşbəxtdik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”.

 

Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilmiş və onlarla xatirə şəkli çəkilib.