Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 11:50:00
Məktəblərdə Bilik Günü təntənəli qeyd edilməyəcək-NAZİRLİK

Bildiyimiz kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.