Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 13:46:00
Müəllimlərin sertifikatlaşdırılması üzrə müsahibədə 3813 nəfər iştirak edib

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi sentyabrın 19-dək davam edəcək.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bu günədək keçirilən müsahibələrdə 3813 nəfər iştirak edib.

 

Hazırda müsahibələrin nəticələri emal olunur. Emalı başa çatmış müsahibə nəticələri ilə bağlı məlumat təhsilverənlərin şəxsi səhifəsinə göndərilib.

 

Müəllimlər gün ərzində nəticələr barədə mərhələli şəkildə məlumatlandırılacaq.