Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 16:06:00
Nazirlik: "Heç bir internet resursuna məhdudiyyət qoyulmayıb"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkədə sosial şəbəkələrdən istifadəyə məhdudiyyət qoyulması, o cümlədən “TikTok” və “Telegram”ın bloklanması ilə bağlı iddialara münasibət bildirib.

 

Nazirlikdən cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

“Nazirlik heç bir internet resursuna məhdudiyyət qoymayıb”, - deyə qurum bəyan edib.

 

Xatırladaq ki, son günlər Azərbaycanla Ermənistan arasında baş verənlərlə bağlı TikTok” və “Telegram”ın bloklanmasına dair məlumatlar yayılıb.