Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-19 14:57:00
İdarə: "Xırdalanda məktəbdə sinif çatışmazlığı yoxdur"  

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə sinif çatışmazlığı kimi bir problem yoxdur.

 

AzEdu.az xəbər verir ki, bu barədə reportun sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Qeyd olunub ki, məktəbdə II növbə dərsə gələn bəzi siniflərin sinif otaqları dəyişdirilib: "Məktəbdə sinif çatışmazlığı kimi bir problem yoxdur. Hazırda bütün siniflər məktəbdə dərslərinə davam edir".

 

Xatırladaq ki, sosial şəbəkədə Xırdalan şəhər 1 saylı orta məktəbin 5E sinfinin dərs keçmək üçün otaq tapmadığı iddia olunub.