Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 12:54:00
Deputatdan mühüm TƏKLİF:  “Orta məktəblərdə mobil telefon qadağan edilsin”
AzEdu.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Azərbaycan məktəblərində də şagirdlərin mobil telefondan istifadəsinin qadağan olunması təşəbbüsü ilə çıxış edib:
 
"Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması təcrübəsi heç tərəddüd etmədən bizdə də tətbiq olunmalıdır. Fikrimcə Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir. Digər bir zəruri addım isə məktəblərin yaxınlığından qəlyanxanaların dərhal yığışdırılmasıdır. Bu məsələdə ictimaiyyətin, özəlliklə də valideynlərin dəstəyi vacibdir. Nəhayət ki, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Rusiyanın Təhsil Nazirliyi də bu cür qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib.  Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı.