
2022-09-20 12:34:00
BDU-nun alimləri antifungal təsirə malik yeni birləşmə hazırlayıblar
Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Hacı Vahid Axundzadə, Ülviyyə Həsənova və Qönçə Eyvazovanın “Salisilaldehidi əsasında sintez olunmuş dihidropirimidinlərin kristal quruluşu, Hirşfeld səth analizi, "in silico" və antifungal tədqiqatları” adlı məqaləsi “Web of Science” bazasında Q3 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan “Journal of Iranian Chemical Society” jurnalında dərc olunub.
AzEdu.az xəbər verir ki, məqalə salisilaldehidi törəmələri əsasında Bijinelli reaksiyası şəraitində sintez olunmuş dihidropirimidininlərin quruluşu və bioloji aktivliklərinin tədqiqinə həsr olunub. Birləşmələrin quruluşu nüvə maqnit rezonans və kütlə-spektroskopiya üsulları ilə tədqiq edilib. Alınmış monokristal birləşmələrin rentgen şüalarının difraksiyası üsulu və Hirşfeld səth analizi metodları ilə tədqiqi əsasında kristal quruluşda müxtəlif qeyri-kovalent əlaqələrin mövcudluğu müəyyənləşib. Bioloji aktiv birləşmə Candida albicans və Aspergillus niger göbələk növlərinə qarşı tədqiq edilib və müsbət nəticələr əldə olunub. Birləşmələrin aktivliyi məlum antibiotikin (Flukonazol) aktivliyi ilə də müqayisə edilib və sintez olunan birləşmənin qeyd olunan antibiotiklə müqayisədə daha aktiv olduğu müəyyənləşdirilib. Bioloji aktivliyi izah etmək üçün “in silico” tədqiqatlar da yerinə yetirilib və aktiv mərkəzlər müəyyən olunub.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39