Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 17:34:00
Azərbaycanda daha 259 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9 893 nəfər vəfat edib, aktiv xəstə sayı 1 592 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3 856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.