
2022-09-23 13:45:00
DİM“İNFORMATİKA” vəsaitinin təkmilləşdirilmiş II nəşrini çap edib
Dövlət İmtahan Mərkəzi “İNFORMATİKA” vəsaitinin təkmilləşdirilmiş II nəşrini çap edib
AzEdu.az xəbər verir ki, vəsaitin I nəşri bu ilin iyun ayında çap edilib və ictimaiyyətə təqdim olunub. Vəsaitin təkmilləşdirilmiş II nəşri çapa hazırlanarkən ictimaiyyətdən daxil olan rəylərə, qeyd və təkliflərə həssaslıqla yanaşılıb və DİM-də fəaliyyət göstərən fənn üzrə işçi qrupunda müəlliflərin iştirakı ilə geniş müzakirə olunub. Qeyd və təkliflər vəsaitdə nəzərə alınıb. Vəsaitlə bağlı DİM-ə rəy və təkliflərini göndərmiş müəllim və mütəxəssislərə dərin təşəkkürümüzü bildiririk.
Məlumat üçün qeyd edək ki, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti qəbul proqramına daxil edilmiş bütün mövzuları əhatə edir. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib.
Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00