
Bərdə rayon Mollaisalar kənd Yalçın Yusifov adına tam orta məktəbin I sinfində 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
I sinif rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sinif rəhbəri Samir Abbaslı çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal altındakı torpaqlarımızı 44 gün ərzində geri qaytardığını bildirib:
“Bu tarixi qələbə isə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına başa gəldi. Buna görə indi hər bir Azərbaycan vətəndaşı bizə qələbə sevinci yaşadan şəhidlərimizə və qazilərimizə borcludur. Vətən müharibəsində əldə edilən böyük qələbə xalqımızın, xüsusilə də gənc nəslin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, dövlət başçısı və xalq birliyinin sarsılmazlığını, millətimizin Vətən, dövlət sevgisini parlaq şəkildə nümayiş etdirdi”.
Daha sonra şagirdlərə 27 sentyabr Anım gününə həsr olunmuş təqdimat və videoçarx nümayiş etdirilib. Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı hərbi uğurlar barədə geniş məlumat verilib . Şagirdlərimiz Vətən müharibəsi və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndiriblər.
Daha sonra şagirdlərimlə Bərdə rayon Mollaisalar kənd Vətən müharibəsi şəhidi "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilmiş Hüseynov Emin Zakir oğlunun məzarı ziyarət edilib:
“Şagirdlərə Şəhid Hüseynov Eminin keçdiyi rəşadətli döyüş yolu barədə məlumat verdim. Şəhidimizin xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyduq. Allah şəhidlərimizə rəhmət eləsin”.