Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-29 16:28:00
Son sutkada Azərbaycanda 149 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 193 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 821 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 374 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 024 aktiv xəstə var. Bu günə qədər 9 913 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 456, bu günə qədər isə ümumilikdə 7 247 567 test icra olunub.