Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-05 16:25:00
Tanınmış müğənnilərin ali təhsilləri – hüquqşünas, teatr rejissoru....

Araşdırmalara görə tanınmış müğənnilərin çoxusunun  ali təhsili olmur. Amma Azərbaycan səhnəsində elə müğənnilər var ki,  onlar ali təhsilin müxtəlif ixtisasını bitiriblər. 

AzEdu.az   ali təhsilli məşhurlarımızı təqdim edir. 

Faiq Ağayev 29 dekabr  1971-ci ildə   Bakıda anadan olub. O, peşəkar səhnəyə  1988-ci ildə   gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət Universitetinin   Musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

Nisə  Qasımova  1954-cü ilin 13 fevralında  Bakı şəhərində anadan olub.  O, Azərbaycan Dövlət Mədəniyyət  və İncəsənət Universitetinin Solo oxuma ixtisasını  bitirib. 

Zülfiyyə Xanbabayeva Azərbaycanın müasir estrada musiqisinin qurucularından biridir.  O, 1967-ci ilin  16 oktyabrında   Bakı şəhərində anadan olub. 161 nömrəli məktəbi bitirdikdən sonra  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr rejissoru" fakültəsində təhsil alıb. 

Kiçik yaşlarında musiqi ilə məşğul olan Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. 1981-ci ildə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alıb müsabiqənin qalibi olan Gülüstan 1982-ci ildə Yevlaxdan Bakıya - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə təhsil almağa göndərilib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğam sinfinin ilk tələbəsi və ilk məzunu olub.  O, Bakı Musiqi Akademiyasının solooxuma ixtisasında təhsil alıb. 

1991-ci ildə Bakı şəhərində anadan olan Aynişan Quliyeva  anası  Aybəniz  Haşımovanın   rəhbərliyi altında "Bülbüllər" musiqi kollektivində solist çalışıb. Azərbaycanı beynalxalq müsabiqələrdə təmsil edib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.  Aynişan Quliyeva eyni zamanda İstanbuldakı Baxçaşehir Universitetinin məzunudur. 

Azərbaycanın əməkdar artisti  Röya Ayxan 1982-ci ilin iyun ayında dünyaya  gəlib. O, Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004 -cü ildə Bakı Dövlət Universitetinin  Beynəlxalq hüquq fakültəsinə daxil olub. 

Uşaq vaxtından  musiqini böyük həvəsi olan  İradə İbrahimova Bakı şəhərində doğulub. Azərbaycan   Milli Konservatoriyasının solooxuma  fakültəsini bitirib. İlk  ali  təhsilini isə  Azərbaycan Dillər Universitetində alıb. 

Azərbaycanın xalq artisti olan Flora Kərimova  1941-ci iliyulun 23-də Bakıda    olub. 1964-cü ildә Asəf  Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildә isə  Azərbaycan Dövlət  Tibb  Universitetini  bitirib.   Flora Kərimova 1977-ci ildə isə  Azərbaycan Dövlət  Konservatoriyanısını bitirib. 

Azərbaycan Respublikasının Əməkdar artisti olan  Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olub.   Siyəzən şəhəri 1 saylı orta məktəbinə  1975-ci ildə  daxil olan Elza Seyidcahan 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbində təhsilini davam etdirib. O,  Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində  təhsil alıb. 

Azərbaycan Respublikasının Xalq artisti Nəzpəri Dostəliyeva 1960-cı il dekabrın 23-də Bakıda  doğulub. O, 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunudur.

Günel Yaşarqızı