
Abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanları artıq yekunlaşıb. Bəzi bölgələr ixtisas seçimi müsabiqəsində xüsusi nailiyyətləri ilə fərqlənib.
AzEdu.az Qubadlı rayonundan olan abituriyentlərin qəbul göstəricilərini təqdim edir:
Qubadlının 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 14-ü yeni tikilib, 18-i əsaslı təmir olunub. Eyni zamanda, 2017/2018-ci tədris ilində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib.
Cari ildə 457 məzundan 390-ı sənəd verib və onlardan 285-i ali məktəblərə qəbul olunublar. Qəbul imtahanlarında iştirak edən 48 məzun 500-600 arası, 27 məzun isə 600-dən yuxarı bal toplayıb.
Bu il Qubadlı üzrə qəbul faizi 73% təşkil edir. Ötən il isə ali məktəblərə qəbul imtahanlarının nəticəsinə görə respublika üzrə 1-ci yerdə olub.