
2022-10-11 18:19:00
"Məsuliyyətli valideyn" layihəsi - Şamaxıda-FOTO
11 oktyabr 2022-ci il tarixdə Şamaxı şəhərində Gənclərin Yaradıcılıq və İnkişaf Mərkəzində “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məsuliyyətli valideyn” - valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirmə görüşlərinin təşkili adlı layihəsinin növbəti tədbiri həyata keçirildi.
Müxtəlif ailə nümayəndələrinin, valideynlərin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Həsənov İcra Hakimiyyətinin Başçısı adından qonaqları salamlayaraq, valideyn məsuliyyəti məsələsinin dövrümüz üçün ən aktual problemlərdən biri oldugunu qeyd etdi.
Layihənin rəhbəri, AVMA İB icraçı direktoru Şahin Rəcəbov layihə barədə iştirakçılara geniş məlumat verərək, valideyn məsuliyyəti, mövcud durum, bu sahədə beynəlxalq təcrübə və ölkə qanunvericiliyi barədə geniş çıxış etdi, valideynlərin suallarını cavablandırdı. Mövzu ətrafında ailə nümayəndələrinin geniş fikir mübadiləsi aparıldı. İştirakçılar bu gün ailədə, cəmiyyətdə, sosial mediada, xüsusən də məktəblərdə baş verənlərlə bağlı problemlərin valideyn məsuliyyəti ilə birbaşa bağlı olduğunu vurğuladılar. Bu məsuliyyətin artırılması istiqamətində təkliflərini, təcrübələrini bölüşdülər.
Layihənin məqsədi regionlarda ailələr üçün valideyn məsuliyyətinə dair maarifləndirməni həyata keçirmək, onların məsuliyyət və səriştəsini artırmaq, valideyn məsuliyyəti ilə bağlı beynəlxalq təcrübədən faydalanmaqdır.
Layihə 9 rayonu - Göygöl, Agdaş, Lerik, Astara, Biləsuvar, Şamaxı, Qax, Xaçmaz, Neftçala rayonlarını əhatə etməklə 3 ay müddətində (1 sentyabr-1 dekabr 2022-ci il) icra ediləcəkdir. Layihə çərçivəsində hər regionda valideynlərlə valideyn məsuliyyətinin artırılması və bu sahədəki vəziyyətin müzakirəsi, qanunvericilik və beynəlxalq təcrübəyə dair maarifləndirmə görüşlərinin təşkili, görüşlərdən çəkilən materiallarından ibarət video roliklərin hazırlanması və sosial şəbəkələrdə (youtube və facebook) yayılması planlaşdırılır.
Layihənin növbəti tədbiri 13 oktyabr 2022-ci il Agdaş şəhərində olacaqdır.
AVMA İB Mətbuat Xidməti.




Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35