Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 12:01:00
BMU müəllimləri yol hərəkətilə bağlı müzakirələrdə iştirak ediblər  

Bakı Mühəndislik Universitetinin (BMU) Logistika və Nəqliyyat texnologiyaları kafedrasının müəllimləri “Sürətin azaldılması və transformasiyaların inkişafı” mövzusunda keçirilən tədbirdə iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə ADA Universitetində baş tutan tədbirdə yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ətraflı müzakirələr aparılıb.

 

Toplantıda bir sıra aidiyyəti dövlət qurumlarının əməkdaşlarının, təhsil müəssisələrinin müəllimlərinin, həmçinin Avropadan olan xarici qonaqların mövzu ilə bağlı çıxışları dinlənilib, fikirlər və təkliflər bildirilib.