Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 15:43:00
UNEC ilə Təhsil Tələbə Krediti Fondu əməkdaşlıq edəcək

 

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Təhsil Tələbə Krediti Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə universiteti rektoru, professor Ədalət Muradov paylaşım edib:

 

“Bu gün Təhsil Tələbə Kredit Fondu ilə əməkdaşlıq Memorandumu imzaladıq. Fondun təhsil kreditlərinin şərtləri çox-çox yüngül, prosedurları çox sadə və şəffafdır. Son 3 semestr ərzində Fondan 750 tələbə bu Fonddan kredit almışdır. Əminəm ki, bu gün imzalanmış Memorandumdan sonra Fondun kreditlərindən bəhrələnən UNEC tələbələrinin sayı əhəmiyyətli dərəcədə artacaq”.

 

“Fondun İdarə Heyətinin Sədri hörmətli Araz müəllim Paşayevə və onun dəyərli komandasına UNEC-ə inandığına və tələbələrimizə ayırdığl vaxta görə təşəkkür edirəm”-deyə, rektor bildirib.