
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Elvin Məmmədovun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, şəhidin ildönümü ilə əlaqədar UNEC-in Zaqatala filialının müəllim və tələbə heyəti onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, şəhid Elvin Məmmədov 1992-ci ilin oktyabrında Zaqatala şəhərində anadan olub. Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanan Elvin 2020-ci il oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlərdə yaralı əsgər yoldaşını döyüş bölgəsindən çıxararkən özü də qəhrəmancasına şəhid olub.
Elvin Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.