
UNEC rektoru, professor Ədalət Muradov Türkiyənin MEF Universitetinə səfər edib.
AzEdu.az xəbər verir ki, rektor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib:
“Dünyada təhsil prosesini bütövlükdə Flipped Education (Çevrilmiş Təhsil) üzərində qurmuş yeganə universitet olan MEF Universitetinin təcrübəsini öyrənmək üçün bu universitetə səfər etdik. Adoptivliyin də Flipped Educationa inteqrasiya olunması MEF-də təhsilin keyfiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. MEF həm də çox konservativ sahə olan təhsildə uğur qazanmaq modelidir. Başda hörmətli rektor olmaqla MEF-in peşəkar və yenilikçi komandasının yeni ilklərə imza atacağına inanıram. Hörmətli Rektor Prof. Dr. Muhammed Şahinə və onun komandasına göstərdiyi diqqətə və qonaqpərvərliyə görə təşəkkür edirəm”.