Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 10:50:00
Buraxılış imtahanı üçün proqramlar müzakirə olunub  

Oktyabrın 19-da Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclasların gündəlik məsələsi tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların, fizika fənni üzrə gündəlik məsələ isə hərbi liseylərə qəbul imtahanı proqramının müzakirəsi olub.

 

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Oktyabrın 26-da müzakirələr davam etdiriləcək.