Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 16:39:00
Bu fənlər üzrə işçi qruplarının iclasları keçirilib

21 oktyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində coğrafiya, alman dili və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki, coğrafiya və riyaziyyat fənləri üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının, alman dili fənni üzrə isə 11 illik (tam orta) təhsil bazasından buraxılış imtahanı proqramının təsdiqi olub.

 

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub. 2023-cü ildə imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliklərin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə etdikləri üçün müəyyən edilmiş dəyişikliklər proqramda nəzərə alınmır.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.