Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-23 10:58:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə uğur qazananların SAYI

Altmış altı dövlət orqanında mövcud olan 626 vakant vəzifə üzrə (B növü) fevralın 14-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 3330 nəfər müraciət edib. Bu gün saat 12:05-dək olan məlumata görə, 338 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 25-də başa çatacaq.