Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 09:16:00
ADNSU-nun rektoru Ukraynada Neft-Qaz Forumunda ölkəmizi təmsil edir  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetində keçirilən Neft-Qaz Forumunda iştirak edir.

ADNSU-dan AzEdu.az-a bildiriblər ki, bu elmi-texniki tədbirdə neft-qaz sərgisi də təşkil olunub.

Səfər çərçivəsində universitetlərarası ikili diplom haqqında müqavilənin imzalanması və Ukrayna-Azərbaycan Mərkəzinin açılışı da nəzərdə tutulub.

Qeyd edək ki, iki təhsil müəssisəsi arasında əməkdaşlıq 2017-ci ilin oktyabrından başlanıb və uğurla davam edir.