
2018-09-07 09:00:00
Bu şəxslər attestasiyadan azaddırlar
İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə işçilərin attestasiyası keçirilə bilər.
AzEdu.az xəbər verir ki, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Məcəllənin 66-cı maddəsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:
Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
hamilə qadınlar;
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
yaşı 18-dən az olan işçilər;
bir vəzifədə (peşədə) faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər;
eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər.
Bu bölməyə aid digər xəbərlər
Peşə məktəblərinə müəllimlərin işə qəbul imtahanları KEÇİRİLƏCƏK
2023-07-28 11:54:20
MİQ-də bu namizədlər üçün vakansiya seçiminin nəticələri açıqlandı
2023-07-25 21:34:04
MİQ-də bu 4 fənn üzrə namizədlərin yaxşı şansı var
2023-07-25 15:32:42
MİQ-də maraqlı situasiya: bu fənn üzrə vakansiya çox, namizəd AZDIR
2023-07-21 13:09:37
MİQ-də ən böyük rəqabət bu 3 fənn üzrə GEDİR
2023-07-21 10:47:38
MİQ-də vakansiya seçiminin vaxtı AÇIQLANDI
2023-07-20 21:46:30
MİQ-də vakansiya seçimi BAŞLAYIR
2023-07-20 16:20:27
MİQ imtahanındakı səhv etiraf olundu - Namizədlərin balı ARTIRILDI
2023-07-18 19:44:52
Nazirlikdən MİQ imtahanları verən Azərbaycan dili və ədəbiyyat müəllimlərinə XƏBƏR VAR
2023-07-17 11:33:01
MİQ-də 7 fənn üzrə apellyasiya müraciətləri...
2023-07-17 10:51:12