Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 17:45:00
İnformatika müəllimləri üçün seçmə imtahan keçirilib

Ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə seçmə imtahanı keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, onlayn formatda keçirilən imtahana 400-dən çox müəllim müraciət edib. İyirmi beş və daha çox suala düzgün cavab verən müəllimlər olimpiada proqramının mənimsənilməsinə dair 6 həftə ərzində dərslərə cəlb olunacaq. Dərslər onlayn formatda təşkil olunacaq.

 

Qeyd edək ki, dərslərin əsas məqsədi məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi üçün müəllimlərin bilik və bacarıqlarını artırmaqdan ibarətdir.